Ədliyyə naziri Qaxda vətəndaşları qəbul edib

Ədliyyə naziri Fikrət Məmmədov Qaxda vətəndaşları qəbul edib. APA TV-nin  məlumatına görə, rayondakı Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Qax, Zaqatala və Balakən rayonlarında yaşayan vətəndaşlar iştirak edib.

 

Qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlər ilə bağlı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

 

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR