Obama NATO-nu Rusiyaya, İŞİD-ə və "Brexit"ə qarşı tədbirlər görməyə çağırdı

ABŞ prezidenti Barak Obama NATO-nun siyasi iradəsini toplayaraq, İŞİD və Rusiya təhlükəsinə qarşı, eləcə də Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsini əngəlləmək üçün tədbirlər görməli olduğunu bildirib.

 

APA TV-nin xəbərinə görə, bu fikirlər Ağ Ev rəhbərinin "Financial Times" qəzetindəki məqaləsində yer alıb.

 

Yazıda Barak Obama İŞİD tərəfindən törədilən terror aktları nəticəsində Orlando, Paris, Brüssel və İstanbul da daxil olmaqla, NATO-ya üzv ölkələrdə çoxsaylı günahsız insan tələfatının olmasından təəssüfləndiyini dilə gətirib.

 

Prezident qeyd edib ki, Afrikadan Suriya və Əfqanıstana qədər uzanan münaqişələr nəticəsində Avropaya xeyli sayda miqrant pənah gətirib.

 

B. Obama həmçinin Rusiyanın Ukraynaya qarşı aqressiv hərəkətlərinə də toxunaraq, bu kimi addımları Avropanın azadlığı və burada sülhün bərqərar edilməsinə real təhlükə kimi dəyərləndirib.

 

Barak Obama qeyd edib ki, İngiltərənin ittifaqdan çıxması hazırda Avrointeqrasiya kimi daha bir vacib məsələni gündəmə gətirib.

 

"Super dövlət"in başçısı həmçinin bildirib ki, Varşava sammitində NATO və Avropa İttifaqı liderləri ilə keçiriləcək görüşlər öncəsi ölkələr siyasi iradə nümayiş etdirərək, yuxarıda sadalanan təhlükələrə qarşı mübarizəni daha da gücləndirməlidir.

 

Qeyd edək ki, bundan öncə rəsmi Vaşinqton dəfələrlə Rusiyanı Donbass regionundakı münaqişəyə müdaxilədə ittiham edib. Bu ittihamlara cavab olaraq, Rusiyanın Xarici İşlər Nazirliyi Ukrayna münaqişəsində tərəf olmadığını, yalnız tərəflərə təzyiq göstərə biləcəyini açıqlayıb. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR