Seyran Ohanyan istefa təhlükəsi qarşısında

Son günlər Ermənistanın Müdafiə Nazirliyinin başı üzərində nəzərəçarpacaq aktivlik müşahidə olunur.

 

APA TV-nin Ermənistan mətbuatına istinadən xəbərinə görə, xüsusilə də müdafiə naziri Seyran Ohanyanın ətrafındakı halqa daralmaq üzrədir.

 

Bundan əlavə, nazirə bir müddətdən sonra istefa ərizəsini yazıb getməsinin daha düzgün addım olacağı izah edilib.

 

Ermənistanda nəşr olunan "Hraparak" qəzetinin məlumatına görə, bu çağırışlara cavab olaraq S.Ohanyan istefa ərizəsi yazmayacağını, yalnız sərəncamla vəzifəsindən gedəcəyini açıqlayıb.

 

Qəzetin yazdığına əsasən, artıq hakimiyyətin yuxarı dairələrində müdafiə naziri postu uğrunda qızğın mübarizə başlayıb və bəzi geosiyasi dairələr bu məsələdə xüsusi fəallıq nümayiş etdirir.

 

Qəzet həmçinin sözügedən məsələdə real addımların atılması üçün Ermənistan rəhbərliyinin Qarabağ münaqişəsi ətrafında cərəyan edən hadisələrin bir qədər səngiməsini gözlədiyini də iddia edib. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR