Biləsuvarda gəmiricilərlə mübarizə tədbirləri aparılır
Biləsuvarda əkin sahələrində yayılmış gəmiricilərə qarşı kütləvi mübarizə tədbirlərinə başlanılıb.
APA TV-nin cənub bürosunun məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin əməkdaşları rayondakı əkin sahələrində gəmiricilərin zərərsizləşdirilməsi üçün kimyəvi dərmanlama işləri aparır.
Dərmanlama aparılacaq sahələr əsasən zərərvericilərin ərazilərdəki iqtisadi ziyanvurma həddinə görə təyin olunur. Belə ki, əgər 1 hektarlıq sahədə gəmiricilərin aktiv yuvalarının sayı 300-dən yuxarıdırsa, o zaman həmin sahədə kimyəvi dərmanlanma aparıla bilər.
Respublika Bitki Mühafizəsi Mərkəzinin rəis əvəzi Damət Sultanovun sözlərinə görə, bu il sahələrdə zərərvericilərə nisbətən çox rast gəlinməsi onların yaş həddinin 3-cü mərhələsinə keçməsi ilə əlaqədardır. Nəticədə gəmiricilər çoxalaraq sahələrə yayılıblar.
Qeyd edək ki, gəmiricilərlə mübarizə tədbirləri çərçivəsində Biləsuvar rayonunda həmçinin kənd təsərrüfatı bitkilərində digər xəstəliklərin də monitorinqi aparılıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək