Böyük Britaniyanın baş naziri qadın olacaq - TETÇERDƏN SONRA İLK DƏFƏ
Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının rəhbəri və ölkənin baş naziri qadın olacaq.
APA TV-nin "Euronews"a istinadən verdiyi xəbərə görə, belə nəticəyə mühafizəkar deputatların keçirdiyi səsvermənin ikinci raundunun yekunundan sonra gəlinib.
Məlumata görə, partiya liderinin müəyyənləşdirilməsi üzrə keçirilən kampaniyanın finalına iki qadın lider yüksəlib - 199 səs toplamış DİN rəhbəri Tereza Mey və 99 deputatın etimadını qazanmış energetika nazirinin müavini Andrea Lidsom.
Böyük ehtimalla məhz Tereza Mey Böyük Britaniyanın növbəti baş naziri seçiləcək.
Qeyd edək ki, Böyük Britaniyanın tarixində bundan öncə baş nazir vəzifəsində çalışmış ilk qadın Marqaret Tetçer olub (1979-1990).
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın 9-dək elan ediləcək.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək