Neft yenidən bahalaşmağa başladı
Dünya bazarında neft bahalaşır.
APA TV-nin məlumatına görə, səhər seanslarında "Brent" markalı neftin 1 barelinin dəyəri isə 0,49 dollar artaraq 46,89 dollar olub.
Qərbi Texas neftinin də qiymətində artım müşahidə edilib. WTI markası 1 barelə görə 0,42 dollar artaraq 45,56 dollar təşkil edib.
Qeyd edək ki, ötən gün hər iki markadan olan neft təxminən 4,5 faiz ucuzlaşıb. Buna səbəb ABŞ-da həftə ərzində ehtiyatların 2,2 milyon barel azalmasıdır ki, bu da proqnozlaşdırılandan üçqat (6,7 milyon barel) az olub. Lakin treyderlərin fikrincə, bazarın bu xəbərə reaksiyası çox kəskin olub və bundan sonra neftin qiymətində artım müşahidə olunur.
Bu arada Azərbaycan nefti də bahalaşıb. "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,43 dollar və ya 0,89 faiz artaraq 48,45 dollar təşkil edib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək