Gəncədə avtomobil mağazaya çırpıldı
Gəncədə sürücünün xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Şəhər sakini, 1985-ci il təvəllüdlü Şərəf Əliyev idarə etdiyi “Lada Priora” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında olan meyvə-tərəvəz mağazasına çırpılıb. Qəza zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis idarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
788
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1748
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1755
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1048
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
679
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
782