Zaqatalada iki motosiklet toqquşdu, qonaq öldü

Zaqatalada baş verən yol qəzasında bir nəfər ölüb, daha bir nəfər isə xəsarət alıb. APA TV-nin Şəki-Zaqatala bürosunun xəbərinə görə, hadisə iyulun 7-də axşam saat 22:30 radələrində Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun Danaçı kəndinin inzibati ərazisindən keçən hissəsində baş verib.

 

Rayonun Fındıqlı kənd sakini, 1972-ci il təvəllüdlü Bilal Mirzə oğlu Nəbiyevin idarə etdiyi “İJ” markalı, dövlət qeydiyyat nişanı olmayan yük motosikleti ilə Aşağı Çardaqlar kənd sakini, 1973-cü il təvəllüdlü Bəxtiyar Rəcəb oğlu Mamayevin idarə etdiyi eyni markalı, dövlət qeydiyyat nişanı olmayan yük motosikleti toqquşub. Qəzadan sonra Bilal Nəbiyevin motosikletində sərnişin qismində olan Bakı şəhər sakini, 1946-cı il təvəllüdlü Pyotr Nikolayeviç Kuznetsov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Bilal Nəbiyev isə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilən Bilal Nabiyevin vəziyyəti orta-stabil qiymətləndirilir.

 

Digər motosikletin sürücüsü xəsarət almayıb. Qəza zamanı ölən 70 yaşlı Pyotr Kuznetsovun Zaqatalaya qonaq gəldiyi bildirilir.

 

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR