Göyçayda “Mercedes” elektrik dirəyini aşırdı
Göyçayda avtomobil qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə saat 00:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 205-ci km-liyində, Göyçayın Bığır kəndi ərazisində qeydə alınıb.
Göyçay şəhər sakini, 1956-cı il təvəllüdlü Həmidov Fərman Abdulhüseyn oğlunun idarə etdiyi 10 SF 636 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq elektrik dirəyinə və ağaca çırpılıb. Hadisə zamanı sürücü Fərman Həmidov və sərnişini, 1961-ci il təvəllüdlü Mirvari Həmidova xəsarət alaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə zamanı elektrik dirəyi aşıb, avtomobil yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
788
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1748
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1755
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1048
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
679
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
782