ABŞ-da polisləri snayperlə vurdular: 4 ölü, 11 yaralı

Dallasda iğtişaşlar zamanı dörd polis əməkdaşı həlak olub, daha 11 nəfəri yaralanıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə yerli polis idarəsinin açıqlamasında bildirilir.

 

Luiziana və Minesota ştatlarında iki qaradərili şəxsin polis əməkdaşları tərəfindən  qətlə yetirilməsinin səbəb olduğu iğtişaşlar zamanı naməlum şəxslər Diley Plaza rayonu ərazisində asayiş keşikçilərinə snayper tüfənglərindən atəş açıblar. Nəticədə dörd polis əməkdaşı hadisə yerində həlak olub, daha on biri ağır yaralanıb. Onlardan üçünün vəziyyətinin kritik olduğu bildirilir.

 

Atəş açan şəxslər hadisə yerini tərk ediblər. Polisdən atəşin iki silahlı şəxs tərəfindən açıldığı bildirilib. Məlumatda həmçinin həmin şəxslərin polis əməkdaşlarını Dallasın mərkəzində partlayış törətməklə hədələdikləri deyilib.

 

Son informasiyaya görə, polis əməkdaşlarına atəş açan şəxslər saxlanılıb. Onlardan biri könüllü şəkildə polis idarəsinə gələrək təslim olub, digərini isə xüsusi təyinatlılar həbs edib.

 

Hazırda hadisənin hansı səbəbdən törədildiyi araşdırılır.      

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR