Bakıda 21 yaşlı gənci maşın vurdu

Ötən gecə Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Nizami rayonu Keşlə qəsəbəsinin Təzəkənd küçəsində qeydə alınıb.

 

21 yaşlı qəsəbə sakini Tahir Tacir oğlu Şükürov yolu keçmək istəyərkən "Tofaş" markalı avtomobil onu vurub. Daha sonra "Tofaş" yol kənarındakı hasara çırpılıb. Avtomobilin sürücüsü xəsarət almayıb. Yaralı piyada hadisə şahidlərinin köməyi ilə xəstəxanaya çatdırılıb. Əməliyyat olunan yaralının vəziyyətini həkimlər orta ağır kimi qiymətləndirir.

 

Hadisə barədə xəbər tutan Nizami polisi əraziyə gəlib. Sürücünün ifadəsi alınıb, avtomobil cərimə meydançasına aparılıb.

 

Faktla əlaqədar araşdırmalara başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR