Dağıstanda xüsusi əməliyyat: 7 silahlı öldürüldü

Dağıstanın Qarabulaqkənd rayonunda keçirilən xüsusi əməliyyat zamanı 7 silahlı öldürülüb, 1 polis həlak olub. APA-nın xəbərinə görə, bu barədə “TASS”a Milli Antiterror Komitəsindən bildirilib. 

 

“Döyüş baş verən ərazidə çoxlu sayda silah-sursat, o cümlədən iki qumbaraatan, qısaldılmış snayper tüfəngi, bir neçə qumbara aşkarlanıb. Silahlılarla atışma zamanı Federal Təhlükəsizlik Xidmətinin bir əməkdaşı həlak olub, üç nəfər yaralanıb. Mülki şəxslər arasında ölən və yaralanan yoxdur”, - deyə qurumdan bildirilib.

 

Öldürülən şəxslərin “Mahaçqala dəstəsi”nin üzvləri olduğu bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR