Fransa finalda! - QOLLAR

Avropa Çempionatında yarımfinal mərhələsinin növbəti görüşü keçirilib. APA TV-nin məlumatına görə,  turnirin ev sahibi Fransa son dünya çempionu Almaniya ilə qarşılaşıb.

 

Oyunun birinci hissəsinin son dəqiqəsində hakim Almaniyanın qapısına penalti təyin edib. Antuan Qrizmann penaltini dəqiq yerinə yetirib və Fransa fasiləyə 1:0 üstünlüklə  gedib.

 

İkinci hissədə də olduqca aktiv oyun nümayiş etdirən Fransa yığması top fərqini 2-yə çatdırıb. Antuan Qrizmann oyunun 72-ci dəqiqəsində Fransanın 2-ci qolunu vurub.

 

Matçda başqa qol olmayıb və Fransa finala yüksəlib. Həlledici final qarşılaşmasında Fransa və Portuqaliya milliləri qarşılaşacaqlar.

 

Almaniya və Uels yığmaları isə üçüncü yer uğrunda mübarizə aparacaqlar.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR