Tayvanda metro partladıldı
Tayvanda, Taybe şəhərinin metrosunda qatarda törədilən üç partlayış nəticəsində azı 21 nəfər yaralanıb.
APA-nın “Gazeta.ru”ya istinadən xəbərinə görə, hazırda polis partlayışları törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində əməliyyat aparır.
Məlumata görə, vaqonların birində yanğınla nəticələnən 3 partlayış baş verib. Polislər oturacaqların birində partlayıcı qurğu aşkarlayıblar.
İnsident şahidlərinin sözlərinə görə, partlayışlardan əvvəl vaqona təxminən 40 yaşında kişi daxil olub və əlindəki çantanı qoyaraq, dərhal qatarı tərk edib.
Hadisə yerinə 10 həkim və 10 yanğınsöndürmə briqadası cəlb olunub. Yanğın söndürülüb.
Polis hadisəni terror aktı adlandırıb.
OXŞAR XƏBƏRLƏR
15:18
788
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1748
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1755
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1048
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
679
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
782