Şabranda 200 hektar ərazi külə döndü

Şabran rayonunda geniş ərazidə yanğın baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Taxtalar kəndi ərazisində qeydə alınıb.

 

Kənd ərazisində quru kol-kos sahəsində başlayan yanğın qəbiristanlığa keçib. Əraziyə cəlb olunan Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası yanğını söndürüb və meşə zolağına keçməsinin qarşısını alıb.

 

Fövqəladə Hallar Nazirliyinin yanğınla bağlı yaydığı məlumatda bildirilir ki, bu gün Şabran rayonunun Taxtalar və Surra kənd bələdiyyələrinə (rayon mərkəzindən 12 km aralı) məxsus ərazidə 70 ha biçilmiş taxıl sahəsi, 130 ha quru ot və kol-kos yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub. Yanğın saat 16:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR