Rusiyadan Türkiyəyə ilk çarter reysi təxirə salındı

Rusiyadan Türkiyəyə bu günə planlaşdırılan ilk çarter reysi təxirə salınıb. APA TV-nin xəbərinə görə, bu barədə Sankt-Peterburqun Pulkovo hava limanının onlayn tablosunda məlumat yerləşdirilib.

 

Bildirilib ki, iki ölkə arasındakı turizm əlaqələrinə qoyulan qadağanın götürülməsindən sonra bu gün saat 15:00-da Antalyaya planlaşdırılan çarter reysi təxirə salınır. Buna səbəb iki ölkə arasındakı qeyri-müntəzəm aviareyslərə Federal Hava Nəqliyyatı Agentliyinin - "Rosaviasiya"nın icazə verməməsidir. Agentlik bunu hökumətin müvafiq qərarının olmaması ilə əsaslandırıb. Daha dəqiqi, Rusiya hökuməti Türkiyəyə çarter reyslərinin konkret hansı tarixdən bərpa olunması ilə bağlı qərar verməlidir.

 

Reysi həyata keçirməli olan "Azur Air" brendi altında fəaliyyət göstərən "Katekavia" aviaşirkətindən bildiriblər ki, Türkiyəyə çarter reysləri Moskva, Sankt-Peterburq, Yekaterinburq, Rostov Don və Novosibirskdən həyata keçiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR