Çində leysan faciəsi: 180 ölü, 45 itkin

Çində leysan yağışları nəticəsində 180-dən çox adam ölüb, 45 nəfər itkin düşüb. 

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu barədə Çin Milli Mülki İşlər Nazirliyi məlumat yayıb.

 

Nazirlik 1 milyon 600 mindən artıq sakinin bölgədən evakuasiya edildiyini açıqlayıb. Yağışın bölgəyə yeddi milyard dollardan artıq ziyan vurduğu bildirilir. Çinin Vuhan şəhərində nəqliyyat, su və enerji mənbələri iflic olub. Bir çox vətəndaşlar evlərindən çıxa bilmir. Bir stadion tamamilə su altında qalıb. İnsanlar harasa getmək üçün qayıqlardan istifadə edirlər.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR