“Qalatasaray”ın əfsanəvi qapıçısı vəfat etdi
Türk futbolunun və “Qalatasaray”ın əfsanəvi qapıçısı Turqay Sabit Şeren vəfat edib. APA TV -nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, futbolçu bu gün səhər saatlarında 84 yaşında vəfat edib.
Turqay Sabit Şeren 1932-ci ildə Ankarada doğulub. Futbolçu kimi "Qalatasaray"da yetişib və bütün karyerasını bu komandada keçirib. İlk matçına 1949-1950-ci il mövsümündə çıxıb, 1966-1967-ci il mövsümündə karyerasını tamamlayıb. 405 rəsmi matçda çıxış edib. Türkiyə milli komandasında 46 dəfə forma geyib.
1951-ci ildə Qərbi Almaniya ilə Berlində keçirilən və Türkiyənin 2:1 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada parlaq oyunundan sonra "Berlin panteri" ləqəbini alıb. 1954-cü il dünya çempionatında Türkiyə milli komandasının qapısını qoruyub. Futbolçu karyerasını tamamladıqdan sonra bir müddət məşqçilik, daha sonra isə şərhçiliklə məşğul olub.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək