Cəlilabadda dəhşətli qəza: 1 ölü, 5 yaralı
Cəlilabadda dəhşətli yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının 125-ci kilometrliyində qeydə alınıb.
Cəlilabad rayonunun Musalı kənd sakini Zaur Babayevin idarə “VAZ-21015” markalı, 15 BM 705 dövlət nömrə nişanlı minik avtomobili Bakı şəhər sakini Xanağa Nəzərovun idarə etdiyi “Opel Vectra” markalı minik avtomobili ilə toqquşub . Güclü zərbə nəticəsində hər iki minik avtomobilinə ciddi ziyan dəyib. “VAZ-21015”-in sərnişin Fariz Rəsulov aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib. Hər iki avtomobilin sürücüləri daxil olmaqla sərnişinlərindən Məhəmməd Məmmədov, Dilbər Əbilova və Telman Əbilov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların hamısına müvafiq tibbi yardım göstərilib, hazırda vəziyyətləri orta-ağır qiymətləndirilir.
İlkin versiya kimi hadisəyə hər iki avtomobilin sürət həddini aşması göstərilir. Qəzanın dəqiq səbəbləri avtotexniki ekspertizanın yekun rəyindən sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək