Tovuzda maşın məktəbin hasarına çırpıldı: ölən var
Tovuzda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb.
Kənd sakini 27 yaşlı Fətəli Hüseynov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın orta məktəbin hasarına çırpılıb. Qəza zamanı ağır bədən xəsarətləri alan sürücü Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
847
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1807
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1814
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1048
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
679
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
782