Putinlə Obama arasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olundu

ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. APA TV-nin məlumatına görə, Ağ Ev sahibi Dağlıq Qarabağ münaqişəsinə dair Rusiya ilə birgə səyləri gücləndirməyə hazır olduğunu bildirib. Bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.

 

"Prezident Obama Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllinə nail olmaq üçün Rusiya və Fransa ilə birlikdə ATƏT-in Minsk qrupunun həmsədrləri qismində səylərini artırmağa hazır olduğunu bildirib", - deyə məlumatda deyilir. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR