Neft bahalaşır

Dünya bazarında neft bahalaşıb.


APA TV-nin məlumatına görə, "Brent" markalı neftin 1 barelinin dəyəri 0,26 dollar artaraq 49,06 dollar olub.
 

Qərbi Texas nefti də dəyər qazanıb. WTI neftinin qiyməti 1 barelə görə 0,27 dollar artaraq 47,70 dollar təşkil edib.

 

 

ABŞ-da neft ehtiyatlarının 6,7 milyon barelədək azalması neftin bahalaşmasına səbəb olub. Bazar iştirakçılarının fikrincə, neft ehtiyatları bu səviyyədən də aşağı düşəcək. 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR