Astaranın dağ kəndləri yollarında sürüşmələr artır
Astaranın dağlıq ərazilərində sürüşmə aktivliyi artdığından avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. APA TV-nin cənub bürosunun məlumatına görə, sürüşmə aktivliyi əsasən rayonun Deqədi-Pəlikəş avtomobil yolunda müşahidə olunmaqdadır.
Son günlər torpaq sürüşməsinin intensiv xarakter alması yolun tamamilə dağılmasına və eləcə də daralmasına səbəb olub. Proses yolun çökməsiə ilə müşahidə olunur. 6 istiqamətdə baş verən çökmə zamanı yol 2-3 metr məsafəyədək aşağı enib. Nəticədə yolun asfalt qatı tamamilə dağılaraq sıradan
Yolda sürüşmənin aktivliyinə səbəb kimi iyun ayının ilk ongünlüyündə bölgəyə düşən intensiv yağıntının normadan çox düşdüyü göstərilir. Sürüşməyə məruz qalan ərazilərə mütəmadi olaraq qum və çınqıl tökülməsinə baxmayaraq, təhlükəni hələ də aradan qaldırmaq mümkün olmayıb. Rayonun müvafiq qurumları yolun daim nəzarətdə saxlandığını, yaxın vaxtlarda çökmə baş verən ərazilərdə təmir-bərpa işlərinin aparılacağını bildiriblər.
Qeyd edək ki, ümumi uzunluğu 21 kilometr olan Deqədi-Pəlikəş avtomobil yolu ötən il istifadəyə verilib, yoldan 21 yaşayış məntəqəsinin 12 min əhalisi istifadə edir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək