Bağdaddakı terrorda ölənlərin sayı 300-ə yaxınlaşır

İraqın paytaxtı Bağdadda törədilən terror aktı nəticəsində ölənlərin sayı 290 nəfərə  çatıb.

 

APA TV-nin məlumatına görə, bu barədə “Əl Mayədin” telekanalı məlumat yayıb.

 

Hadisə zamanı 180 nəfər yaralanıb, 17 nəfər itkin düşmüş hesab edilir.

 

Bundan əvvəl 250 nəfərin öldüyü bildirilirdi.

 

Qeyd edək ki, iyulun 3-nə keçən gecə Bağdadın Karada rayonunda avtomobil partladılıb. Daha bir partlayış isə Əş-Şaab rayonundakı bazarın qarşısında törədilib.   

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR