Məktəbli Yuxarı Şirvan kanalında batdı
Göyçay rayonunda məktəbli uşaq su kanalında boğularaq dünyasını dəyişib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Göyçayın Dövranlı kəndində qeydə alınıb. Kənd sakini 2002-ci il təvəllüdlü Məmmədov Vüqar Elşad oğlu dostları ilə birgə Yuxarı Şirvan kanalında çimərkən suda boğulub. Kənd sakinləri dünyasını dəyişən Dövranlı kənd orta məktəbinin 9-cu sinif şagirdi Vüqar Məmmədovun meyitini kanaldan tapıb çıxara bilməyiblər. Hadisə yerinə FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin Mingəçevir dalğıc-axtarış xilasetmə qrupunun əməkdaşları cəlb edilib.
Dalğıc-xilasedicilər 14 yaşlı yeniyetmənin meyitini boğulduğu yerdən 200 metr aralıda tapıblar. Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək