Göyçayda bayram günü qəbiristanlığı yandırdılar

Göyçay şəhərində qəbiristanlıq yanıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Göyçay şəhərinin şimalındakı dağətəyi ərazidə yerləşən qəbiristanlıqda qeydə alınıb. Rayon sakinləri Ramazan bayramı günü şəhər qəbiristanlığında təmizlik işləri görüblər və dünyasını dəyişən yaxınlarının məzarı ətrafındakı kol-kosu və quru otları təmizləyib yandırarkən ehtiyatsızlıq ediblər. Küləkli havada yandırılan xırda ocaqlar nəzarətsiz buraxıldığı üçün alov qısa vaxtda geniş ərazini əhatə edib.

 

Hadisə yerinə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı şəhər qəbiristanlığının bir hektar ərazisində quru ot, kol-kos, güllər və həmişəyaşıl ağaclar yanıb. Qəbiristanlığın ətrafındakı dağlıq ərazidə də bir hektar sahə yanaraq külə dönüb. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR