Ərdoğan Varşavada Obama ilə görüşəcək - NATO SAMMİTİNDƏ
Türkiyə prezidenti NATO-nun zirvə toplantısında iştirak edəcək. APA TV-nin məlumatına görə, xəbəri prezident administrasiyası təsdiqləyib.
NATO-nun sammiti iyulun 8-9-da Polşa paytaxtında keçiriləcək. Sammitdə alyansa üzv ölkələrin təhlükəsizliyinin daha da möhkəmlənməsi və Şərqi Avropada atılan addımların davamı müzakirə olunacaq. Ukrayna və Əfqanıstanla bağlı olan məsələlər də diqqət mərkəzində saxlanılacaq.
Rəcəb Tayyib Ərdoğan toplantı çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirəcək. Həmçinin Türkiyə dövlət başçısının ABŞ prezidenti Barak Obama ilə də bir araya gələcəyi deyilir.
Ərdoğanı xarici işlər naziri Mövlud Çavuşoğlu və müdafiə naziri Fikri İşıq müşayiət edəcək.
OXŞAR XƏBƏRLƏR
15:18
847
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1807
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1814
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1048
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
679
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
782