Ən böyük müsəlman ölkəsində bayram faciəsi: 35 saatlıq tıxac, 18 ölü

Dünyanın ən böyük müsəlman ölkəsində yolda yaranan tıxac 18 nəfərin ölümünə səbəb olub. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, hadisə İndoneziyada qeydə alınıb.

Yava adasındakı magistrallardan birində tıxac 35 saat davam edib. Mindən çox sürücü və çoxlu sərnişin yolda bir sutkadan artıq qalıb.

Polisdən bildirilib ki, 12 sürücünün ölümünə yorğunluq səbəb olub, beş nəfər isə qarışıqlıqda həyatını itirib. Bir nəfərin ölüm səbəbi isə araşdırılır.

Tıxacın uzunluğundan tibb işçiləri halı pisləşənlərə vaxtında yardım edə bilməyiblər. Sıxlığın hansı səbəbdən yarandığı məlum deyil.

Ölkə prezidenti məsələyə qarışıb və araşdırmalara başlanması üçün tapşırıq verib.

Bildirilir ki, adanın sakinləri Ramazan bayramını qeyd etmək üçün yaxınlarını ziyarətə gedirmişlər. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR