Dünən erməni snayperinin şəhid etdiyi əsgərimiz dəfn olundu

İyulun 5-də düşmənin snayper atəşi  nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun əsgəri, 1996-cı il təvəllüdlü Vüsal Əmir oğlu Əliyev bu gün dəfn edilib. APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, şəhid doğulduğu Lerik rayonunun Noda kəndində torpağa tapşırılıb. Şəhidin əmisi Yaşar Ağayev qardaşı oğlunun şəhidlik zirvəsinə ucaldığından qürur hissi keçirdiyini deyib.

Dəfn mərasimində kənd sakinləri, rayonun icra strukturlarının nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin əməkdaşları, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri  iştirak ediblər. Şəhidin xidmət etdiyi hərbi hissəsinin zabiti, polkovnik-leytenant Rasim Manafov Vüsal Əliyevin xidmət etdiyi 6 ay ərzində nümunəvi əsgər olduğunu bildirib.

Şəhidin qardaşı Hüseyn Əliyev qardaşı ilə fəxr etdiyini bildirib.

Əsgərlərin yaylım atəşindən sonra şəhid torpağa tapşırılıb. Azərbaycan bayrağı şəhidin atasına təqdim olunub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR