İsveçrə bankı: Dollar bahalaşacaq

İsveçrənin Julius Baer bankı dolların bahalaşacağını iddia edib. APA TV-nin "Bloomberg"ə istinadən məlumatına görə, bu, 2016-cı ilin üçüncü rübündə baş verəcək.

Bankın valyuta strateqlərinin proqnozlarına görə, bahalaşmaya səbəb "Brexit"dən sonra müşahidə olunan anlaşmazlıqdır.

"Biz bir müddət əvvəl dolların zəifləyəcəyini düşünürdük, amma qarşıdakı aylarda bunun tam əksi baş verəcək", - deyə bankın əsas mütəxəssisi Devid Kol bildirib.

Xatırladaq ki, Böyük Britaniyada keçirilən referendumun nəticələrinə uyğun olaraq krallığın Avropa İttifaqından çıxması maliyyə bazarında qeyri-müəyyənliyə gətirib çıxarıb. Bu, funt-sterlinqin tarixi minimumu təkrarlamasına səbəb olub.

Bununla yanaşı Britaniyada qiymətli kağızlar bazarı ilə əlaqəli olan fondlardan səhmlərin çıxarılması dayandırılıb. Maliyyəçilərin bu addımı bazarda artan təşvişlə əlaqədar atdıqları deyilir.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR