Edamını gözləyən Muammar Qəddafinin oğlu azadlığa çıxır
Liviyanın keçmiş lideri Muammar Qəddafinin oğlu Seyf-əl-İslam Qəddafi amnistiyaya düşüb.
APA-nın məlumatına görə, bu barədə onun vəkilləri “France 24”ün ərəb bölməsinə müsahibələrində deyiblər.
Xatırladaq ki, ötən il iyulun sonunda Tripoli məhkəməsi Qəddafi rejiminin 10 nümayəndəsi, o cümlədən oğlu Seyf-əl-İslam Qəddafi barəsində ölüm hökmü çıxarıb.
Onlar 2011-ci il iyunun 17-dən baş verən inqilab zamanı dinc nümayişçiləri öldürməyə təhrik etmək və nümayişləri dayandırmaq üçün cəza dəstələri formalaşdırmaqda, həmçinin korrupsiya cinayətlərində təqsirli biliniblər.
Əlavə edək ki, M. Qəddafi inqilab zamanı öldürülüb.
OXŞAR XƏBƏRLƏR
15:18
847
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1807
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1814
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1048
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
679
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
782