Qarşılıqlı sanksiyalar Qərbə və Rusiyaya neçəyə başa gəlir? - FANTASTİK RƏQƏMLƏR
Rusiyaya qarşı sanksiyaların tətbiqi nəticəsində 2013-cü ilin dekabrından 2015-ci ilin iyun ayına qədər Qərb ölkələri 60,2 milyard dollar gəlir əldə etməkdən məhrum olub.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu fakt Fransanın İnformasiya Perspektivləri üzrə Beynəlxalq Agentliyinin ekspertləri tərəfindən açıqlanan hesabatda öz əksini tapıb.
Aparılan araşdırmalar nəticəsində itkilərin 82 faizinin Rusiya hökuməti tərəfindən tətbiq edilən cavab sanksiyalarının əhatə etmədiyi məhsulların payına düşdüyü məlum olub.
Sözügedən sanksiyalardan daha çox vəsait itirən Avropa İttifaqı ölkələridir. Belə ki, Avrozonaya daxil olan dövlətlər gəlirlərinin 77 faizindən məhrum olub.
Bu məhdudiyyətlər nəticəsində ən çox zərər çəkən Almaniya olub ki, adı çəkilən dövlət bu ölkəyə ixrac nəticəsində əldə etdiyi aylıq 830 milyon dolları unutmalı olub. Sanksiyaların tətbiqindən itkilərlə üzləşən digər ölkələrə gəlincə, onların sıralaması belədir:
Ukrayna - 450 milyon, Polşa, Hollandiya, Fransa və Yaponiyanın hər biri müvafiq olaraq 200 milyon dollar.
Rusiyanın Federal Gömrük Komitəsinin hesabatına əsasən 2014-cü ildə Avropa İttifaqı ölkələrindən idxalda 6,1 faiz, ümumilikdə xarici ölkələrdən idxal həcmində isə 4,8 faizlik azalma qeydə alınıb. 2015-ci il ərzində Avropa İttifaqından ölkəyə gətirilən məhsulların həcmi 40,2 faiz aşağı düşüb. Rusiyanın bu ölkələrə ixrac göstəricisi 31 faiz azalıb. Yuxarıdakı göstəriciləri valyuta ilə ifadə etdikdə, Avropa İttifaqı ölkələrindən idxalın dayandırılması nəticəsində Avrozona ölkələri 64 milyard dollarlıq itki ilə üzləşib.
Bu məhdudiyyətlərdən ən çox itirən isə Fransa olub. Belə ki, bir çox ixracatçılar yeni bazarlar çıxış əldə edə bilsələr də, Fransa buna nail ola bilməyib.
Qeyd edək ki, iyulun əvvəlində Rusiyanın baş naziri Dmitri Medvedev Qərb ölkələrinə ixrac embarqosu müddətinin 2017-ci ilin 31 dekabr tarixinədək uzadılması haqqında fərman imzalayıb. Bu qərar Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaların müddətinin artırılmasına cavab olaraq verilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək