Bakıda bayram namazı qılındı

Ramazan ayının başa çatması ilə əlaqədar Azərbaycanda bu gün bayram namazı qılınıb.


"11 ayın sultanı" sayılan Ramazan ayı artıq başa çatdı. Bu gün Şəvval ayının birinci günüdür. Səhər saatlarından başlayaraq, insanlar məscidlərə gələrək bayram namazı qılırlar. Biz hazırda Təzə Pir məscidindəyik, elə burda da sıxlıq müşahidə olunur. Səhər saatlarından başlayaraq burda da bayram namazı qılındı. Allah tutduğunuz orucu, etdiyiniz duaları qəbul etsin".

 

Saat 08.00-da “Əjdərbəy” məscidində, saat 09.00-da isə “Təzəpir” məscidində bayram namazının qılınmasına başlanıb. “Təzəpir” məscidində bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə də iştirak edib. Dindarlar bayramla əlaqədar təbriklərini bölüşüblər.

 

"Azərbaycan xalqını bu Ramazan bayramı münasibəti ilə təbrik edirəm. Allah-Təaladan diləyirəm ki, torpaqlarımız sülh yolu alınmasa, müharibə yolu ilə alınsın. Oruclar, dualar qəbul olsun inşallah".

 

"Azərbaycan xalqının və dünya müsəlmanlarının Ramazan bayramını təbrik edirəm. Gün o gün olsun ki, bu gözəl bayramı gedək Qarabağda, o cümlədən Zəngəzur, Göyçə və İrəvan mahalında qeyd edək. Bir daha Azərbaycan xalqını və dünya müsəlmanlarının bayramını təbrik edirəm".

 

"Allah mübarək eləsin Ramazanımızı. Ölkəmiz əmin-amanlıq  içində olsun, şəhidlər verməyək. Xəstələrimizin şəfasını versin. Ailə qurmayan ailə qursun, övladı olmayanlara övlad payı nəsib olsun. Gəlirik namaz qılırıq, gedirik evimizə".

 

Qeyd edək ki,  QMİ Qazılar Şurasının fətvasına əsasən Ramazan ayı bu il Azərbaycanda miladi təqvimlə iyunun 7-da başlayıb. Bayram isə iyulun 6-na təsadüf edir.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR