Obama: "Hillari Klinton ABŞ-ın ən yaxşı prezidenti olacaq"

ABŞ prezidenti ilk dəfə Hillari Klintonun dəstək mitinqinə qatılıb. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, Şimali Karolina ştatının Şarlotta şəhərində keçirilən tədbirdə Ağ Ev rəhbəri çıxış edib. 

Barak Obama partiyadaşını tərifləməkdə xəsislik etməyib. O bildirib ki, xanım Klinton dövlət katibi vəzifəsində özünü doğruldub və təcrübə yığıb. İndi isə bu təcrübədən istifadə edərək ABŞ tarixinin ən yaxşı prezidenti ola bilər.

Barak Obama xanım namizədin hərbi sahədə də cəsarətli addımlar atacağına əmin olduğunu bildirib. Prezident deyib ki, Hillari Klinton ölkənin və Amerikanın müttəfiqlərinin müdafiəsi üçün istənilən zaman güc tətbiq etməyə qadirdir.

Bu arada isə "Reuters"in son sorğusunun nəticəsinə əsasən hazırda Klinton rəqibi Donald Trampı 12 faiz səslə qabaqlayır.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR