İranda güclü partlayış: 13 nəfər öldü, 11 nəfər yaralandı
İranda qaz balonunun partlaması nəticəsində 13 nəfər ölüb, 11 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilib.
APA TV-nin xəbərinə görə, bu barədə İran televiziyası məlumat yayıb.
Faciəli hadisə İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhəri yaxınlığındakı Şorik yaşayış məntəqəsində baş verib. Hadisənin qızdırıcı sistemdən qaz sızması nəticəsində baş verdiyi bildirilir.
Nəticədə güclü partlayış, ardınca isə yanğın baş verib.
Xəsarət alanlar Təbriz, Urmiya, Tehran və İsfahandakı xəstəxanalara yerləşdirilib.
İranın "Tasnim" agentliyi bildirir ki, zərərçəkənlərin sayının çox olmasının səbəbi yanğınsöndürənlərin hadisə yerinə gec gəlməsi, habelə Xoy şəhərindəki tibb məntəqələrində müvafiq şöbələrin olmaması ilə bağlı olub.
OXŞAR XƏBƏRLƏR
15:18
857
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1817
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1824
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1050
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
681
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
784