Çində fəlakət: 200-dən çox insan seldə boğuldu

Çinin mərkəzi və şərqində baş verən güclü və aramsız yağışlar nəticəsində Yantze çayı daşıb. APA TV-nin Rusiya mənbələrinə istinadən məlumatına görə, ölkənin 7 əyalətini ağuşuna alan sel fəlakəti 180-dən çox insanın ölümünə, 45 nəfərin itkin düşməsinə səbəb olub. 


Musson küləklərinə görə, selin ən çox təsir etdiyi bölgə Hunan, Hubei  və Guanxi Zhuang Özerk olub. Bu üç bölgədə 160 milyona yaxın insan yaşayır.

 

Fəlakət bölgəsinə çox sayda xilasedicilər cəlb olunub. Hazırda xilasetmə əməliyyatı fasiləsiz olaraq davam etdirilir. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR