Türkiyədə 15 nəfərin olduğu helikopter qəzaya uğradı: 7 şəhid!
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb. APA TV-nin məlumatına görə, hadisə Giresun əyalətində qeydə alınıb. "S-70" tipli "Skorsky" helikopterində 8 hərbi personal, 4 zabit xanımı və 3 uşaq olub. Girəsunun bələdiyyə sədri Kerim Aksu bildirib ki, 2 hərbiçi, onların xanımları və uşaqları ilə birlikdə 7 şəhidin olduğu xəbərini alıblar.
Helikopterin göyərtəsində olanlardan biri Türkiyənin Giresun əyalətinin jandarma rəisi Mustafa Doğrudur.
Hadisə yerinə xilasetmə qüvvələri cəlb olunub. Qəza ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Qeyri-sabit hava şəraitin qəzaya səbəb olduğu ehtimal edilir.
Ərazidə müşahidə olunan qatı duman və leysan yağışları xilasetmə əməliyyatının aparılmasına maneçilik törədib.
Hadisə ilə bağlı açıqlama verən Türkiyənin baş naziri Binəli Yıldırım terror ehtimalının olmadığını qeyd edib. O da hadisəyə əlverişsiz hava şəraitinin səbəb olduğunu bildirib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək