Bakıda axtarışda olan şəxsdən "TT" götürüldü
Respublikanın daxili işlər orqanları cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib. APA TV-yə verilən məlumata görə, Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əvvəllər dəfələrlə məhkum olunan Binəqədi rayon sakini Pərviz Musayevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub.
Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində P. Musayev saxlanılıb və onun üzərindən müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “TT” markalı tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar edilərək götürülüb: "Saxlanılan zaman polis işçiləri bildiriblər ki, onlarda əməliyyat məlumatı var ki, mənim üzərimdə silah var. Mən də üzərimdə olan silahı "TT" markalı silahı onlara təhvil vermişəm".
Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək