Masallıda evdən qızıl oğurlandı
Masallıda evdən oğurluq olub. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Qızılavar kəndi ərazisində qeydə alınıb.
Naməlum şəxs və ya şəxslər kənd sakini Məhərrəm Şamməd oğlu Heybətova məxsus yaşayış evinə girərək mənzildəki qiymətli əşyaları, qızıl-zinət məmulatlarını özləri ilə aparıblar.
Atasıgildə olan Məhərrəm Heybətov hadisə barədə evə qayıtdıqdan sonra xəbər tutub. Dərhal rayonun hüquq-mühafizə orqanları məlumatlandırılıb: "Atamgildə idik. Gecə saat 12-yə qalmış evə gəldik. Gördüm ki, evin qapıları aşıqdır. Girdim içəri, uşaqlar şifonerə baxdılar, gördülər qızıllar yerində deyil".
Hadisə yerinə gələn polis əməkdaşları oğurluq baş verən əraziyə baxış keçirərək, istintaq üçün zəruri barmaq izlərini götürüblər.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsinin Boradigah Polis Bölməsində araşdırmalara başlanılıb. Oğurluq hadisəsini törətmiş şəxs və ya şəxslərin yaxalanması istiqamətində müvafiq tədbirlər görülür.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək