Lənkəranda azyaşlı uşaq xəstəxanada öldü
Lənkəranda uşaq ölümü hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Lənkəran Mərkəzi Rayon Xəstəxanasında (MRX) qeydə alınıb.
Rayonun Ləj kənd sakini, 1 yaş 4 aylıq Əli Aqil oğlu Rəhimov səhər saat 05.00 radələrində ağır vəziyyətdə xəstəxananın uşaq xəstəlikləri şöbəsinə gətirilib. Körpəyə müvafiq tibbi yardımlar göstərilib, lakin bununla belə onu xilas etmək mümkün olmayıb. Xəstəxanaya daxil olduğu müddətdən 3 saat sonra o, dünyasını dəyişib.
Körpənin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Burada o, xarici müayinədən sonra ailəsinə verilib.
Xəstəxanadan isə APA TV-yə bildirilib ki, Ə.Rəhimov kəskin respirator viruslu infeksiya, iki tərəfli bronxopnevmaniya, kəskin ağ ciyər ödəmi, kəskin ürək-damar, eləcə də 3-cü dərəcəli tənəffüs çatışmazlığı vəziyyətində daxil olub və onun xilas edilməsi üçün bütün lazımi tədbirlər görülüb.
Hazırda faktla bağlı Lənkəran Rayon Prokurorluğu araşdırma aparır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək