Azərbaycanda iftar mərasimində kütləvi zəhərlənmə - SƏBƏB
Ötən həftə Qobustanda keçirilən iftar mərasimi zamanı 30 nəfər zəhərlənib. Onlardan 7-si uşaqlardır.
Bu barədə APA TV-yə açıqlamasında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev məlumat verib.
Onun sözlərinə görə, hadisəyə səbəb ev şəraitində hazırlanmış müxtəlif cür tortlar olub.
Şöbə müdiri bildirib ki, qida qalıqlarından nümunə götürülərək Mərkəzə gətirilib. Yoxlama zamanı bu qidalarda toksiki maddələr aşkar olunub. Xəstələrdə zəhərlənmə mikrob vasitəsilə başlayıb. O bildirib ki, zərərçəkmişlər müayinə edilib, onlardan nümunələr götürülüb, sonuncu xəstə isə dünən evə buraxılıb.
İmran Abdullayev deyib ki, ötən ay 65 zəhərlənmə hadisəsi qeydə alınıb, nəticədə 79 nəfər zəhərlənib. Onlardan ikisi ürəkbulanma, qusma, ishal və halsızlıq kimi əlamətlərlə müşahidə olunan botulizm xəstəliyi ilə müraciət edib. Bu zəhərlənmələrə də səbəb ev şəraitində hazırlanmış müxtəlif qidalar olub.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək