Sumqayıtda 3 yaşlı uşağın ölümü ilə bağlı ekspertiza rəyi açıqlandı
Azərbaycanda özəl tibb mərkəzlərindən birində 3 yaşlı Arzu Qurbanlı ölüm səbəbi açıqlanıb.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən APA-ya verilən xəbərə görə, aparılan ekspertiza nəticəsində körpənin ölüm səbəbi aspirasiya, mədə möhdəviyyatı ilə əlaqədardır.
Damaq badamcıqlarından əməliyyat olunan uşaqda sonradan qusma olub, nəticədə qusuntu kütlələri udulub. Buna qusuntu kütlələrinin aspirasiyası deyilir. Qusma zamanı kütlələr uşağın tənəffüs yollarına gedib və uşaq bundan dünyasını dəyişib. Meyitin ekspertizası zamanı onun traxeya və bronxları qusuntu kütləsi, mədə möhdəviyyatı ilə dolu olub. Körpə bunun nəticəsində vəfat edib.
"Bu proses körpənin yaxınlarının iştirakı ilə keçib, onlar da şahid olublar ki, uşağın traxeya və bronxları mədə möhdəviyyatı ilə dolmuş olub", - deyə Birlikdən bildirilib.
Qeyd edək ki, 3 yaşlı Arzu Qurbanlı Sumqayıtda özəl klinikalardan birində burun-boğaz əməliyyatı olunub. A.Qurbanlı əməliyyatdan bir neçə saat sonra dünyasını dəyişib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək