Kadırovdan Ərdoğana tələb: "Bu terrorçuları mənə ver!"

Çeçenistan rəhbəri Ramzan Kadırov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, Kadırov Çeçenistandan qaçan terrorçuların Türkiyə ərazisində gizləndiklərini iddia edib və onların geri göndərilməsini istəyib.

Ramzan Kadırov Türkiyə hakimiyyətinə onların şəxsiyyətini müəyyən etməkdə yardımçı olmaq məqsədilə 13 terrorçunun adı yazılan siyahını da qarşı tərəfə təqdim edib. 
 

Çeçenistan rəhbəri iddia edib ki, bu barədə dəfələrlə Ankaraya müraciət ünvanlasa da cavab almayıb.

"İstanbul Atatürk hava limanında törədilən terror aktında şübhəli bilinən çeçen əsilli şəxsə gəlincə, həmin adam Rusiya ərazisindən adi cinayətkar kimi ölkəni tərk edib, terrorçu kimi isə Avstriyada, Gürcüstanda və Türkiyədə yetişdirilib", - deyə Kadırov əlavə edib.

Əhməd Çatayev adlı şəxsin təşkilatçılığı ilə 2011-ci ildə terrorçuların Gürcüstandan Çeçenistana keçmək cəhdini xatırladan Kadırov, terrorçunun gürcü hüquq-mühafizə orqanları tərəfindən həbs edildiyini və sonradan kimlərinsə göstərişi ilə sərbəst buraxıldığını bildirib. O deyib ki, Çatayev 2013-cü ildən Türkiyə ərazisindədir.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR