Britaniya parlamenti: Rusiyaya sərt cavab verilməlidir

Rusiyanın Krım və ümumilikdə Ukrayna məsələsində atdığı addımlar İngiltərə və qərbi bu ölkəyə qarşı yeritdiyi siyasəti yenidən nəzərdən keçirməyə vadar edir.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu tezis parlamentin Müdafiə Komitəsinin açıqladığı hesabatda yer alıb.

 

Məruzədə həmçinin Rusiyanın addımlarının NATO üçün hərbi təhlükənin az olduğu Avropanın stabilliyinə kölgə saldığı da göstərilib.

 

Komitənin qənaətincə, alyans ilk növbədə özünün müdafiə imkanlarını bərpa etməli, rametmə qabiliyyətini bir daha nəzərdən keçirməli, eləcə də Rusiya ilə dialoqu bərpa etməlidir.

 

Sənəddə ölkənin Rusiyanın hərbi gücünü artırması səviyyəsini qəbul etməli və onun bu addımına sərt cavab verməli olduğu da göstərilib.

 

Eyni zamanda açıqlanan sənədin müddəaları Rusiya tərəfindən nüvə, adi döyüş və hibrid silahlardan zərbə endirilməsinə qarşı yeridilən siyasətin effektivliyi məsələsinə yenidən baxılması, habelə, ölkənin rəsmi şəxslərinə qarşı hazırlanan sanksiya siyahısının genişləndirilməsini də nəzərdə tutur.

 

Sənəddə NATO ilə Rusiya arasındakı dialoqun tərəflər arasında hərbi eskalasiya və qarşılıqlı yanlış anlaşma kimi məsələlərin aradan qaldırılmasındakı mühüm rolu qabardılıb və bu kimi faktorların düşmənçiliyə səbəb olacağı vurğulanıb.

 

Eyni zamanda hesabat müəllifləri Rusiya-NATO Şurasının fəaliyyətinin bərpasını alqışlayır və bu amili Qərb ilə Rusiya arasında dialoqun bərpası istiqamətindəki addım kimi dəyərləndirir.

 

O cümlədən Rusiyanın bir sıra regional münaqişələrin həllində oynadığı rol da təqdir edilərək, ortaq maraqların olduğu regionlarda bu ölkə ilə müəyyən səviyyədə əməkdaşlığın vacibliyi önə çəkilir. Ortaq maraqlar dedikdə, ilk növbədə islamçı ekstremistlər tərəfindən yönələn təhlükələrə qarşı mübarizə nəzərdə tutulur.

 

Hesabat müəllifləri həmçinin İngiltərə və NATO-nun Rusiyanın təbliğatı və dezinformativ xarakterli tədbirlərinə cavab verə biləcək strategiyasının formalaşmadığından da narahatlıqlarını ifadə ediblər.

 

"Biz NATO-da bu strategiyanın formalaşması və inkişafı üçün müəyyən addımlar atıldığının fərqindəyik. Lakin, eyni zamanda alyans üzv ölkələrin bu məsələyə sərf etdiyi resursların əhəmiyyətli dərəcədə artırılması üçün işlər görməlidir".

 

Sənədə imza atanlar təşkilatı Rusiya məsələsində ixtisaslaşmış mütəxəssislərin artırılmasına da çağırıb.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR