Nə qədər fitrə verəcəyinizi bilirsinizmi? - SORĞU

İslam dinində müqəddəs günlərdən, bayramlardan biri də Fitr bayramıdır. Fitr bayramı mübarək Ramazan ayının bitməsini bildirən bayramdır. Elə ona görə də aclığın nə olduğunu insanlara hiss etdirən Ramazan ayının sonunda imkansız, ehtiyacı olan ailələrə yardım edilir, fitrə zəkatı verilir.

 

Bəs paytaxt sakinləri necə, fitrə zəkatı verəcəklərmi? APA TV olaraq paytaxt sakinləri arasında bu sualla sorğu keçirib.

 

- Verəcəyik.

 

- Mənim özümə fitrə verən lazımdır. Xəstə uşağım var, ərsiz arvadam.

 

- Bəli.

 

- Niyə vermirik? Olan yerdə vermək lazımdır da. Allahın qanunudur.

 

- Mən özüm tələbəyəm, axı mənim özümə fitrə düşür.

 

- Bəli.

 

- Yəqin ki, verərik.

 

- Əlbəttə ki.

 

- İnşallah, çıxardacağıq.

 

- Yəqin ki, inşallah verərik.

 

- Əlbəttə.

 

- Əlbəttə, camaat necə, biz də elə.

 

- Bəli.

 

- İnşallah. İmkandan asılıdır. Allahın köməkliyi ilə o da olar.

 

- Bəli.

 

- Olsa, verəcəyəm.

 

- Verəcəyəm.

 

- Bəli.

 

Fitrə zəkatı arpa, buğda, xurma, kişmiş, düyü və qarğıdalı məhsulunun adambaşına 3 kq ölçüsü ilə çıxarılır. Görəsən, Bakı sakinləri nə qədər fitrə verməli olduqlarını bilirlərmi?

 

 

- Bir çörək pulu... Bir adamadır, yoxsa bir ailəyədir, dəqiq bilmirəm. Qaynanam var evdə, o yaxşı bilir, mən belə yaxşı şeyləri bilmirəm.

 

- Ailədə neçə nəfəriksə, o qədər. Adambaşı bir manatdan.

 

- 10 manat həcmində bir adam başına.

 

- İmkanı, gücü çatanlar axtarıb bizi tapa bilər. Nərimanovda qalırıq, parkda oluruq.

 

- Adam başına 5 manat verməliyik.

 

- Deyilənə görə, bir kilo buğdanın pul miqdarı verilməlidir.

 

- Nə qədər verilməli olduğunu bilmirəm. Onu bilirəm ki, imkanımız daxilində verməliyik. Hər ailə üzvü müəyyən miqdarda pul ödəməlidir. Çox varlı insan deyilik ki, nəyisə yüksək təmtəraqla təşkil edək, amma hər halda, ümumi adət-ənənəmiz var, çalışırıq ki, hər il ona əməl edək.

 

- Onun nə qədər olması vacib deyil. İmkan daxilində bacardığın qədər etməlisən.

 

- İki kilo buğda ilə hesablayırlar, deyəsən. Dəqiq bilmirəm.

 

- Adambaşı 10 manat.

 

- Səhər-səhər demişdilər, amma dəqiq yadımda deyil.

 

- Adambaşına 5 manat. Yəni ailədə 5 adam varsa, hesablayıb elə vermək lazımdı. Fitrəsiz olmaz ki.

 

- Təxminən bir şəxsin minimum bir günlük yemək haqqıdır. Ən azı 5 manat səhv etmirəmsə.

 

- 5-10 manat.

 

- Yox, dini cəhətdən anlayışım zəifdir bir az.

 

- Fikirləşməmişəm hələ.

 

- Dəqiq bilmirəm, həmişə yoldaşım çıxardır gücü çatan qədər.

 

Allah tutduğunuz orucları, etdiyiniz duaları və verdiyiniz fitrələri qəbul eləsin! 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR