Rusiyadan NATO-ya sərt cavab - AVROPADA MÜHARİBƏ TƏHLÜKƏSİ
"NATO-ya cavab olaraq, Rusiya Kalininqrad yaxınlığında "İsgəndər" raketlərini yerləşdirəcək". APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu açıqlama ilə Rusiya Federasiyasının Litvadakı səfiri Aleksandr Udaltsov çıxış edib.
"Bu çox ciddi silahdır. Rusiyanın bu addımı atmağa tam hüququ var. Çünki Kalininqrad bizim ərazimizdir. Həmin raketlərin yerləşdirilməsi ABŞ və NATO-ya ciddi cavab olacaq", - deyə, diplomat qeyd edib.
Hərbi ekspertlər "İsgəndər"in atəş zərbəsini 500 km radiusda dağıdıcı təsirə malik olduğunu bildirirlər. Bu isə Polşa və Baltikyanı ölkələr üçün ciddi təhlükədir.
Səfir deyib ki, ABŞ-ın raket hücumlarından müdafiə sistemlərini Rusiya sərhədləri boyu yerləşdirməsi ciddi təhlükədir və Kremli belə bir qarşılıq verməyə məcbur edir: "Bu da hələ son deyil. Moskva qərb sərhədlərinə tərəf üç diviziya göndərəcək, onlardan biri tank diviziyasıdır".
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək