Bakıda iş adamını və anasını öldürən ustaya ömürlük həbs cəzası
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şirkət rəhbəri və anasını qətlə yetirməkdə təqsirləndirilən Ruhin Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
APA-nın məlumatına görə, iclasda hökm oxunub. Məhkəmənin hökmünə əsasən, R.Allahverdiyev azadlıqdan ömürlük məhrum edilib.
Qeyd edək ki, Bakının Nərimanov rayon sakinləri 1949-cu il təvəllüdlü Məhərrəmova Janna Hənifəyevna və 1982-ci il təvəllüdlü Məhərrəmov Aleksandr Gennadiyeviç yaşadıqları evdə qətlə yetiriliblər. Hadisəni törətməkdə şübhəli bilinən 39 yaşlı Ruhin Allahverdiyev saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Ruhin Allahverdiyev hadisəni baş verən evdə ustalıq edirmiş.
Aleksandr Məhərrəmov "Biznes Dialoq" konsaltinq biznes xidmətləri şirkətinin rəhbəri, business-dialogue.az saytının təsisçisi olub.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək