İran prezidenti gələn ay Azərbaycana gəlir
İran prezidenti Həsən Ruhaninin gələn ay Azərbaycana səfəri gözlənilir.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyevlə İran İslam Respublikasının prezidenti Həsən Ruhani arasında iyulun 5-də baş tutan telefon söhbətində bildirilib.
İran prezidenti müqəddəs Ramazan bayramı münasibətilə dövlət başçısını təbrik edib, Azərbaycan xalqına rifah və əmin-amanlıq arzularını çatdırıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlıq edərək, öz növbəsində Ramazan bayramı ilə əlaqədar İran prezidentini təbrik edib, İran xalqına tərəqqi və firavanlıq arzulayıb.
Prezident İlham Əliyev İran prezidentinin gələn ay Azərbaycana gözlənilən səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da inkişaf etməsi işinə təkan verəcəyinə ümidvar olduğunu qeyd edib.
Azərbaycan və İran prezidentləri ölkələrimiz arasında dostluq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə edib, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.
Söhbət zamanı iki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat, energetika, Xəzər dənizində birgə əməkdaşlığın gələcəyi ilə bağlı fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək