Sevgilisini başqa kişi ilə evdə tutan şəxs qətl törətdi - BAKIDA

Bakıda qətl törədilib. Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 4-cü mikrorayon ərazisində yerləşən evlərdən birində qeydə alınıb.

 

Sumqayıt şəhər sakini, 1974-cü il təvəllüdlü Əvəz Qasımov qısqanclıq zəminində Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Rəhim Süleymanovu bıçaqlayaraq qətlə yetirib.

 

İlkin məlumata görə, hadisə baş verən evdə Ə.Qasımovun qeyri-rəsmi nikah münasibətlərində olduğu qadın kirayədə yaşayır. Ə.Qasımov evə gələrkən onu R.Süleymanovla bir yerdə görüb. Nəticədə Ə.Qasımov R.Süleymanovu öldürüb.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR