İsrail Əsəd qüvvələrini vurdu

İsrail ordusu Suriyanın hökumət qüvvələrinin mövqelərinə zərbələr endirib. APA TV-nin Rusiya mənbələrinə istinadən xəbərinə görə, Təl-Əviv bu addımı Əsəd qüvvələri mövqelərindən atılan bir neçə mərminin ölkə sərhədinə düşməsi ilə əlaqələndirib. 

İsrail tərəfi hadisə nəticəsində zərər gördüklərini açıqlayıb. Bundan əvvəl ölkənin Müdafiə Nazirliyindən xəbərdarlıq edilib ki, rəsmi Təl-Əviv ölkənin suverenliyinə zərər gətirə biləcək istənilən aqressivliyə lazımı cavab verəcək və bu hadisəyə görə, məsuliyyəti Suriya hakimiyyətinin boynuna qoyub.

Xatırladaq ki, may ayında baş nazir Benyamin Netanyahu İsrailin Suriyaya zərbələrinin bu ölkənin hakimiyyətinin Livanda "Hizbullah"a silah yardımının qarşısını almaq məqsədini daşıdığını deyib.



 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR